85 yaşlı müğənni Gönül Yazar özündən 32 yaş kiçik rejissor sevgilisi Rüzgar Mağden ilə yollarını ayırıb.

Unikal.org xəbər verir ki, buna səbəb rejissorun sosial şəbəkədə başqa qadınlara intim mesajlar yazması olub. Sənətçi bu haqda "2.Sayfa" proqramında məlumat verib.

"Milçək kiçik olsa da, ürək bulandırır. Onun üzünə baxa bilmərəm. Çox çətindir. Öna qarşı bütün hislərim uçub, getdi. Utanıram. O qadınlar Rüzgarın keçmişi belə olsa, bu cür danışıq tərzi mənə görə deyil. Müasir ola bilərəm, lakin belə mövzularda mühafizəkaram" deyə, o, proqramın aparıcısına mesaj göndərib.

R.Mağden də ayrılıq xəbərlərini doğrulayıb.

"Gönül ilə münasibətimizi bitirməyə məcbur oldum. Ancaq onu hər zaman çox sevəcəyəm. Səni unutmayacağam, eşq hekayəm. Yolun açıq olsun" deyə, o, sosial şəbəkədəki paylaşımda yazıb.