07 Dekabr 2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış DÜNYA 22:01 2019-11-18

Almaniya İran hökumətinin etirazçılarla dialoqa gedəcəyinə ümid etdiyini bildirib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ulrike Demmer deyib.

"Biz hadisələri, xüsusilə qurbanlar haqqında məlumatları narahatlıqla müşahidə edirik. Biz İran hökumətini sərbəst toplaşmaq və özünüifadə azadlığına hörmət göstərməyə çağırırıq", - deyə o bildirib.