Türkiyəli müğənni Hadisənin açıqlaması marağa səbəb olub.

Unikal.org xəbər verir ki, sevgilisinin olub-olmaması ilə bağlı sual sənətçini əsəbiləşdirib.

"Kim dedi ki, təkəm? Niyə yalnız olduğumu düşünürsünüz? Bu mənim şəxsi həyatımdır. Sevgilim olsa da, demərəm. Bir gün ərə getsəm, bunu da bilməyəcəksiz" deyə, o, bildirib.

Qeyd edək ki, son günlər Hadisənin adı müğənni Murat Boz ilə hallanır.