Türkiyədə Çorum əyalətində dəhşətli qəza baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobilin TIR-a çırpılması nəticəsində bir ailənin dörd üzvü faciəvi şəkildə həlak olub.

Qəzada həyatını itirənlər Erdemit rayonunda cami imamı olan Fəxri Ərər, anası Saliha Ərər, atası Yunus Ərər və həyat yoldaşı Hənifə Ərər olublar.

Fəxri Ərər həyat yoldaşı ilə onlara gəzməyə gəlmiş ata-anasını evlərinə yola salmağa aparanda yolda qəzaya düşüblər.