ABŞ Dövlət katibinin siyasi və hərbi məsələlər üzrə köməkçisi Klark Koper bildirib ki, Misir Rusiyadan döyüş təyyarəsi alarsa, ABŞ-ın sanksiyaları ilə üz-üzə qalacaq.

Unikal.org xəbər verir ki, “Dubay Airshow”da danışan Koper belə bir addımın həm də, Misirin ABŞ-dan təchizat alışını da riskə atacağını qeyd edib. ABŞ-lı diplomat Rusiyaya da razılaşmanın riskləriylə bağlı bilgi verdiklərini söyləyib.

Daha əvvəl ABŞ-ın xarici işlər naziri Mayk Pompeo və müdafiə naziri Mark Esper də məktub vasitəsiylə Misirə SU-35 təyyarələrini almaqla bağlı qərarı ləğv etmək çağırışı etmişdi. Məktubda xəbərdarlıq edilmişdi ki, əks halda Misirə CAATSA sanksiyaları tətbiq ediləcək.