"Buta Airways" aviaşirkətinin həyata keçirdiyi "Bakı-Xarkov" J2 9687 nömrəli təyyarə reysi gecikir.

Unikal.org xəbər verir ki, sərnişinlərə gecikməyə səbəb kimi Xarkovda hava şəraitinin pis olması göstərilib. 

Hazırda 100-dən çox sərnişin hava limanında Xarkova getmək üçün gözləyir. 

Qeyd edək ki, Bakı-Xarkov reysi yerli vaxtla saat 09:05-də planlaşdırılmışdı. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərnişinlərə saat 11:30-da yola düşüləcəyi deyilir.