"Qəzetlərdə yazırlar ki, 13 min adam Müsavat Partiyası tərəfindən Avropaya göndərilib. Bu, ağ yalandır. İndiyə qədər Müsavat Partiyası tərəfindən Avropaya bir nəfər də göndərilməyib".

Unikal.org xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Müsavat başqanı Arif Hacılı deyib.

"Bir neçə ildir ki, partiyaya qarşı mühacir mövzusunda kampaniya aparılır. Respublika Prokurorluğunda bu məsələ ilə bağlı cinayət işi başlanılıb. Həmin cinayət işi çərçivəsində məndən başqa İsa Qəmbər, Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli və s. dindirilib. Biz Avropada olan 200-dən az müsavatçının yalnız partiya üzvü olduğunu bildirmişik".