Bakıda itkin düşən qız tapılıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

1998-ci il təvəllüdlü Hümbətova Elnarə Elxan qızı oktyabrın 27-də Bakının Sabunçu rayonu, Şuşa şəhərciyində yaşayan xalasının evinə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətova Rusiya Federasiyasına gedib.

Araşdırmalar davam etdirilir.