Bərdə rayonunda, "Kolxoz bazarı" deyilən ərazidə kişi meyiti tapılıb.

Unikal.org xəbər verir ki, Tərtər rayonunun Sarcalı kənd sakini, 1947-ci il təvəllüdlü Ağayev Nadir Abbas oğluna məxsus olduğu müəyyənləşib. 

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Müayinə nəticəsində onun ürəktutmadan öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.