07 Dekabr 2019
06 Dekabr 2019
İranda aksiya liderləri edam oluna bilər
İranda aksiya liderləri edam oluna bilər DÜNYA 12:21 2019-11-20

İranda benzinin qiymətinin  artmasıyla başlayan etiraz aksiyalarına liderlik edənlər edamla cəzalandırıla bilər.

Unikal.org xəbər verir ki,  İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə yaxınlğıyla tanınan “Keyhan” qəzetində gedən yazıda bildirilir ki, aksiyalarda bankların, benzin stansiyalarının yandırılması  səbəbindən həbs olunanlar bu əməllər qarşılığında pul aldıqlarını etiraf ediblər.

Yazıda ölkədə “xaosun liderlər”i üçün edam cəzasının gözlənildiyi vurğulanıb. Məsələylə bağlı “Xaos yaradanların təqsiri üsyandır və cəzası hüquqi və şəriyyət qanunlarına görə edamdır” ifadələri işlədilib.