07 Dekabr 2019
06 Dekabr 2019
İranda aksiyalarda 200 nəfər ölüb!
İranda aksiyalarda 200 nəfər ölüb! DÜNYA 14:36 2019-11-20

Beynəlxalq Amnesty International hüquq-mudafiə təşkilatının açıqladığı məlumatda İranda noyabrın 15-dən başlayan etirazlarda 106 nəfərin öldürüldüyünü bildirib.

Unikal.org xəbər verir ki, təşkilatının əldə etdiyi etibarlı məlumatlara görə, 21 şəhərdə ən az 106 etirazçı öldürülüb. Amnesty International hesab edir ki, ölənlərin sayı bundan daha çox ola bilər və bəzi məlumatlara görə 200 nəfərin öldüyü ehtimal olunur.

İnsan haqları təşkilatının verdiyi məlumata görə, video görüntülər, şahidlərin ifadələri, habelə xaricdəki hüquq müdafiəçiləri tərəfindən toplanan məlumatlar İran təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahlardan, su şırnağından və gözyaşardıcı qazdan istifadə etdiyini və nümayişçiləri dəyənəklərlə döydüyünü göstərir.

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bəyan edib ki, ölkəsi haqqında yayılan yalan məlumatlara baxmayaraq, ölkədə həyat normal məcraya dönüb.

Onun sözlərinə görə Qərb mətbuatının kütləvi etirazların davam etməsi və polislə qarşıdurmada ölənlərin sayının artması haqqındakı xəbərləri həqiqəti əks etdirmir. Artıq Tehranda və digər böyük şəhərlərdə ictimai-siyasi sabitlik bərpa olunub.