07 Dekabr 2019
06 Dekabr 2019
İki xəstəsinə təcavüz edən ginekoloqla bağlı yeni fakt
İki xəstəsinə təcavüz edən ginekoloqla bağlıyeni fakt DÜNYA 15:44 2019-11-20

Türkiyədə iki qadın xəstəsinə təcavüz etdiyi üçün həbs olunan ginekoloqun işiylə bağlı yeni detallar üzə çıxıb.

Unikal.org xəbər verir ki, 23 il 4 ay həbs cəzası alan Feciraləm  Sevilənin 1998-ci ildə də bir xəstəsinə müayinə bəhanəsiylə təcavüz etdiyi məlum olub.

“Sabah” qəzeti  yazır ki, İstanbul Təbiblər Otağı məsələni həmin vaxt ört-basdır edib, ədliyəyə şikayət edilməyib. Sevilən sadəcə altı ay işindən uzaqlaşdırılıb.

İstanbul Ağır Cinayətlər Məhkəməsi məsələylə bağlı prokurorluğa müraciət edib.

Xatırladaq ki, məşhur ginekologiya professorunun İstanbulda Nişantaşında özəl müayinəxanasında iki xəstəyə təcavüz etməsiylə bağlı iddia qaldırılmış, Ağır Cinayətlər Məhkəməsi ona 23 il dörd ay həbs cəzası vermişdi.