07 Dekabr 2019
06 Dekabr 2019
Həsən Ruhani: “İran xalqı tarixi sınaqdan üzüağ çıxdı”
Həsən Ruhani:“İran xalqı tarixi sınaqdan üzüağ çıxdı” DÜNYA 16:17 2019-11-20

 İran prezidenti Həsən Ruhani benzinin qiymətinin qalxmasından sonra başlayan aksiyalarla bağlı yeni açıqlama verib.

Unikal.org xəbər verir ki, Tehranda təşkil olunan Nazirlər Şurasının iclasında  danışan Ruhani “İran xalqı tarixi sınaqdan üzüağ çıxaraq, düşmən dəyirmanına su tökməyə izn vermədi” ifadələrini işlədib.

İran prezidenti benzinə  qiymət artımının aztəminatlı ailələrin yanacaq yardımından daha çox faydalanması üçün edildiyini bildirib.

“Xalqımız fərqindədir ki, məqsədimiz enerji təminatında daxili tələbatı ödəməkdir. Xaricə möhtac olmayaq, daxili tələbatı ödəyək, cəmiyyətdə ədaləti təmin edək”, deyə Ruhani bildirib.

Sonda İran xalqına təşəkkür edən prezident “İndi xalqın problemlərini həll etmək üçün daha çox xidmət etmək zamanıdır” deyib.