Məşhur aktrisa Emilia Klark çılpaq səhnələrlə bağlı prodüserlərdən təzyiq edildiyini açıqlayıb.

Unikal.org xəbər verir ki, “Game of Thrones serialında canlandırdığı  Deyneris Targaryen rolunda aktrisa zaman-zaman çılpaq səhnələrlə qarşıya çıxıb.

Artıq təcrübəli birinə çevrilən Klark rədd etməyi öyrəndiyini bildirib.

Sevişmə səhnələri mövzusunda prodüserlərlə anlaşa bilmədiyini söyləyən Emilia o vaxtlar sektorda yeni olduğu üçün qəbul etdiyini deyib.  

Aktrisa ssenarini oxuduqdan sonra çılpaq səhnələri aradan qaldırmaqla bağlı tez-tez mübahisə etdiyini də dilə gətirib.