Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir sıra şəxslər təltif ediliblər.

Unikal.org-un məlumatına görə təltif edilənlər arasında məşhur bədihəçi Əliyev Namiq Həsən oğlu da (Namiq Məna) var.  Belə ki, ölkə rəhbərinin sərəncamı ilə Namiq Məna "Tərəqqi" medalı ilə təltif edib