ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb. Görüş İrəvanda baş tutub.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət müzakirə edilib.