07 Dekabr 2019
Kürdəmirdə yol qəzası - 29 yaşlı oğlan öldü
Kürdəmirdə yol qəzası -29 yaşlı oğlan öldü HADİSƏ 23:01 2019-11-20

Kürdəmir rayonunun Təklə kəndində “Lada” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Abbasov Vasif Elman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.