07 Dekabr 2019
Qaz sızması nəticəsində partlayış - yaralı var
Qaz sızması nəticəsində partlayış -yaralı var HADİSƏ 23:34 2019-11-20

Samuxda partlayış baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Səttar Xəlilovun həyətiyanı sahəsində yerləşən yardımçı tikilidə qazın sızması nəticəsində partlayış olub. Hadisə zamanı 82 yaşlı kişi yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.