07 Dekabr 2019
06 Dekabr 2019
Bakıda iki uşağın üzərinə qaynar su töküldü
Bakıda iki uşağın üzərinə qaynar su töküldü HADİSƏ 09:42 2019-11-21

Bakıda ikisi azyaşlı olmaqla 3 nəfər yanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda qeydə alınıb.

Məlumata görə, hər üç şəxsin üzərinə qaynar su tökülüb.

Səhiyyə Nazirliyindən bildirilib ki, yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma saat 22.32 də daxil olub: "Xəzər rayonu, Binə südçülük sovxozuna gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı Xəstəxananın Yanıq şöbəsinə çatdırıb. Həkimlər onlara aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyublar".