07 Dekabr 2019
06 Dekabr 2019
Bakıda keçmiş məhkum evi soydu
Bakıda keçmiş məhkum evi soydu HADİSƏ 14:26 2019-11-21

Bakıda evdən 2300 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 19-da rayon ərazisindəki evlərin birindən 2300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsgəndərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.