Prezident İlham Əliyev Gorbanboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat Mahir Aslanovla bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mahir Məhəmmədəli oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".