Bakıda sürücü idarə etdiyi  10 BJ 007 dövlət nömrə nişanlı "Porsche Cayenne" markalı avtomobilini düzgün park etməməsi səbəbindən tıxac yaradıb.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

BNA rəsmisi bildirib ki, bir az əvvəl təxminən saat 17:00 radələrində Əziz Əliyev küçəsində "Porsche Cayenne" markalı avtomobilinin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edərək bu və digər küçədə hərəkəti tam iflic edib. Nəticədə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamilə dayanıb. Bununlada sürücü yüzlərlə insanın tıxacda qalmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının müdaxiləsi ilə yolda hərkət bərpa edilib. Nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulan qaydada mühafizə olunan duracağa aparılıb".