07 Dekabr 2019
06 Dekabr 2019
ABŞ-dan Türkiyəyə “S-400” mesajı: “İmtina edilməlidir”
ABŞ-dan Türkiyəyə “S-400” mesajı:“İmtina edilməlidir” DÜNYA 09:57 2019-11-22

ABŞ Dövlət Departamentinin rəsmilərindən biri  Türkiyənin  “S-400” zenit-raket müdafiə sistemindən qurtulmalı olduğunu deyib.

Unikal.org xəbər verir ki, adının gizli qalması şərtiylə “Reuters”ə danışan department rəsmisi Türkiyə ilə ABŞ arasında narazılığa səbəb olan “S-400”lərlə bağlı çağırış edib.

O bildirib ki, münasibətlərdə irəliləyiş üçün Türkiyə “S-400” zenit-raket müdafiə sistemindən imtina etməlidir.

Departament rəsmisi vurğulayıb ki, Türkiyəyə buna görə sanksiya tətbiq edilə bilər.

Türkiyə müdafiə naziri Hulusi Akar  büdcə müzakirəsi zaman; “S-400” məsələsində geri addım atılmayacağını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Vaşinqtondan rəsmi səfərdən Türkiyəyə dönərkən bildirmişdi ki, Ankara Rusiya silahından imtina etmək niyyətində deyil.