Bu gün Böyük Britaniyanın paytaxtı Londonda Şərq Tərəfdaşlığı sammiti işə başlayıb. 

Unikal.org xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) baş ofisində təşkil edilən sammit Şərq Tərəfdaşlığı təşəbbüslərinin 10 iliyinə həsr olunub.

Gürcüstan, Belarus, Ermənistan, Moldova və Ukraynanın rəsmi şəxslərinin qatıldığı tədbirdə Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir. O, EBRD-nin baş iqtisadçısı Beata Yavorcikin (Beata Javorcik) moderatorluq etdiyi “Şərq Tərəfdaşlığı Liderlərinin plenar sessiyası”nda “İnkişafı sürətləndirmək: investorlar üçün imkanlar” mövzusunda çıxış edəcək.