“Fransa Azərbaycanın müstəqil, çiçəklənən və stabil, eyni zamanda dünyəvi, müasir, tolerant, Avropa və beynəlxalq bazarlarla əlaqələri olan, regionda stabilliyi tənzimləyən bir ölkə olmasında olduqca maraqlıdır.”

Unikal.org xəbər verir ki, bu sözləri Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zakari Qross APA-ya müsahibəsində bildirib.

Səfir qeyd edib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tətəfdarıdır:

“Fransanın Azərbaycanla bağlı gizli bir gündəliyi yoxdur. Biz Azərbaycanın gələcəyinin bir hissəsi olmaq və qitəmizin bir sıra problemlərini birgə həll etmək istəyirik, çünki təhlükəsizlik, stabillik və tərəqqi qitə miqyasında olan məsələlərdir. Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə davamlı həlli prosesində irəliləyiş görmək istəyirik. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa belə bir həllin təşviqində məsuliyyət daşıyır. Bu aktiv prosesdir. Son zamanlar bu məsələdə bəzi müsbət dəyişikliklər oldu, lakin daha çox iş görülməlidir”.