Rusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransını dekabrın 19-da keçirəcək.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbiri işıqlandırmaq məqsədilə akkreditasiya almaq üçün müraciətlər "Roskomnadzor"da qeydiyyata alınan Rusiya mediası nümayəndələrindən və Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş xarici jurnalistlərdən qəbul edilir.

Qeyd edək ki, bu, Putinin 2001-ci ildən bəri 15-ci mətbuat konfransı olacaq. İndiyə qədər ən qısa mətbuat konfransı 1 saat 35 dəqiqə (2001), ən uzunmüddətlisi isə 4 saat 40 dəqiqə (2008) çəkib.