"AVRO-2020"nin pley-off mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Avropa çempionatına son 4 vəsiqə üçün iddia edən 16 komandadan 4-nün hansı rəqiblə və harada oynayacağı bəlli olub.

Unikal.org xəbər verir ki, UEFA Millətlər Liqasının nəticələrinə əsasən, A, B, C və D yolunda yer alan kollektivlər yarımfinal və final oyunlarında iştirak edəcəklər. Qrup qalibləri "AVRO-2020"də iştirak hüququ əldə edəcək.

B yolunda yarımfinallarda Bosniya və Herseqovina Şimali İrlandiya ilə, Slovakiya isə İrlandiya ilə qarşılaşacağı öncədən bilinirdi. Həmçinin Azərbaycan millisinin yer aldığı D yolunda 3-cü qrupun qalibi olan Kosovanın Şimali Makedoniya ilə, Gürcüstanın isə Belarusla görüşəcəyi məlum idi.

C yolunda isə Norveçin Serbiya ilə qarşılaşacağı bəlli idi. Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşib. 

Rəqib Bolqarıstan, İsrail, Macarsıtan və Rumıniya ola bilər.

Qalan 3 komanda isə İslaniya ilə birgə A yolunda yer alacaqlar. Burada da rəqiblər püşkə əsasən bəlli olacaq.

Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.

A yolu

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B yolu

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C yolu

Şotlandiya - İsrail

Norveç - SerbiyaD yolu

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosova

Qeyd edək ki, iyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.