Bakıda ölüm hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyası yaxınlığında kişi meyiti tapılıb.

Aparılan araşdırmalar nəticəsində onun 1938-ci il təvəllüdlü Mustafayev Adil Həsən oğlu olduğu məlum olub.

Adil Mustafayevin ölüm səbəbi araşdırılır.