"Mənə əziyyət verirdi. Bezib evdən qaçdım. Ərimin adını çəkdiyi Şahinlə isə sadəcə dostluğum var".  

Unikal.org xəbər verir ki, bu sözləri Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış»da 1 yaşlı körpəsini də, ataraq evdən qaçan Rəqsanə deyib.

Belə ki, Rəqsanənin əri Pərvin ötən həftə verilişə çıxaraq arvadının dörd dəfə xəyanət etməsinə baxmayaraq onu bağışladığını və yenidən bağışlayacağını bildirərək evə qayıtmasını xahiş edib. Ötən gün isə Rəqsanə ilə görüşən teleaparıcı Amil Xəlil bütün sualları evdən qaçan gəlinə ünvanlayıb. Rəqsanənin sözlərinə görə ərindən bezdiyini və uşağı isə atmadığını bildirib. «Mən uşağı atmadım. Sadəcə sonra gəlib götürəcəkdim. Amma məni hədələdilər deyə gedə bilmədim. Uşağımdan ötrü darıxıram. Mənə deyir ki, Şahinlə görüşürsən. Amma yalan danışır. Şahin sadəcə mənim müdirimdir. Onunla Pərvinə xəyanət etməmişəm.»
 
Qeyd edək ki, Rəqsanə 3 uşaq anasıdır. Pərvinin isə «kişi fahişəni mələyə çevirəndir» deyib arvadına səslənməsi aparıcı tərəfindən birmənalı qarşılanmayıb. 
 
Həmin anları təqdim edirik.