UEFA Belçika milli komandasına intizam işi açıb.

Unikal.org qurumun saytına istinadən xəbər verir ki, buna səbəb, Belçika millisinin futbolçusu Derdik Boyatanın AÇ-2020-nin seçmə mərhələsinin Rusiya ilə oyununda fərqli nömrələri olan formada mübarizə aparmasıdır. Belə ki, Boyatanın mübarizə apardığı formanın kürəyində 23, şortikində isə 4 nömrə yazılıb.

Boyatanın əsl forma nömrəsi 4-dür. 23 nömrə isə Mişi Batşuayiyə aiddir. Boyatanın formasındakı səhv fasilədən sonra düzəldilsə də, UEFA bununla bağlı milli komandaya intizam işi açıb. Qurumun qərarı dekabrın 12-də açıqlanacaq.

Rusiya – Belçika matçı qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.