Arıqlama vasitələrindən mütəmadi olaraq istifadə etmək həzm sistemində ciddi fəsadlarla nəticələnə bilər. Bu, genişmiqyaslı tədqiqatlardan sonra aydın olub.

Unikal.org RİA Novostiyə istinadən xəbər verir ki,, araşdırmanın nəticələri “American Journal of Public Health” jurnalında dərc olunub.

Chan adlı Harvard Xalq Sağlamlığı Məktəbinin və Boston Uşaq Xəstəxanasının amerikalı alimləri müəyyən ediblər ki, çəkilərinə nəzarət etmək üçün mütəmadi olaraq arıqlama həblərindən və bağırsaq yumşaldıcı dərmanlardan istifadə edən qadınlar 1-3 il ərzində həzm sistemi xəstəlikləri riski ilə üzləşə bilərlər.

Aparılan tədqiqatlardan məlum olub ki, əvvəllər sağlam olan 14-36 yaş arası qadınların 1,8 faizi arıqlama həblərindən azı 1 il istifadə etdikdən sonra növbəti 3 il ərzində hər hansı həzm sistemi xəstəliklərinə yoluxublar.

Arıqlama həbləri əvəzinə bağırsaq yumşaldıcı dərmanlardan istifadə edənlərdə isə bu göstərici 4,2 faizdən artıq olub.

Müqayisə üçün bildirilir ki, dərman qəbul etməyən həmyaşıd qadınlarda bu göstərici 1 faizi ötməyib.