Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya lideri Vladimir Putinin görüşü olacaq.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşündə deyib.

“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşməyimizdən məmnun olacağıq” - deyə V.Putin bildirib.