Göygöldə dərədən kişi meyiti aşkarlanıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Bildirilir ki, meyit 1977-ci il təvəllüdlü İmanov Vüqar Behbud oğluna aiddir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin üzərində heç bir zorakılıq əlamətlərinə rast gəlinməyib. Mərhumun ruhi-əsəb xəstəsi olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.