PSJ klubu futbolçusu Tiaqo Silvanın müqaviləsinin müddətini artıracaq.

Unikal.org xəbər verir ki, bu barədə braziliyalı müdafiəçinin meneceri Paulo Tonyetto İtaliya mətbuatına açıqlamasında deyib:

“Narahat deyilik, Tiaqo özünü Parisdə çox yaxşı hiss edir. O, möhtəşəm komandada oynayır və xoşbəxtdir. Yanvarda PSJ rəhbərliyi ilə yeni müqavilənin danışıqlarına başlayacağıq”.

2012-ci ildən PJS-də forma geyinən Silvanın müqaviləsi mövsümün sonuna kimidir.