Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tur davam edir.

Unikal.org xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma keçirilib. Paytaxt təmsilçisi "Səbail" öz meydanında "Sabah"la üz-üzə gəlib. "ASCO Arena"da baş tutan matçda qonaq komanda 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.