Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, "Zirə" klubu öz meydanında "Keşlə"ni qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, xallarının sayını 14-ə çatdıran "Zirə" turnir cədvəlində 5-ci pilləyə yüksəlib. 19 xalı olan "Keşlə" isə 2-cidir.