K-pop qrupu Karanın keçmiş üzvü Goo Hara evində ölü tapılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı sənətçinin ölüm səbəbi hələlik məlum deyil. May ayında intihara cəhd edən Güney Koreya əsilli müğənni daha sonra peşman olaraq, fanatlarından üzr istəmişdi. Haranın fanatları onun 1,5 milyonluq İnstaqram hesabında üzüntülərini dilə gətirən rəylər yazıblar.