Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Əmircan qəsəbəsində 1969-cu il təvəllüdlü Aslanov İlham Hüseyn oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamani onun döş qəfəsində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb.

Yaralı əməliyyat olunub.

Cinayətin təfərrüatı Suraxanı Rayon Polis İdarəsində araşdırılır.