Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin sayıtına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.