Bakıda 2 mərtəbəli yaşayış binası uçub.

 

Unikal.org xəbər verir ki,  Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşənyaşayış binasında uçqun olub.  

Məlumata görə, həmin binanın birinci mərtəbəsində obyektlər, ikinci mərtəbəsində isə  20-yə yaxın ailə yaşayır.  Köhnə tikili olduğu üçün bina qəzalı vəziyyətdə olub.

Binanın divarı qaz xəttinin üzərinə düşdüyü üçün  əraziyə qazın verilməsi dayandırılıb. Binada Kəlbəcər rayonundan olan məcburi köçkünlər yaşayır. Binanın sakinlərinə köçürüləcəkləri deyilsə də heç bir tədbir görülməyib.

Müxbir: Şəfanə İbrahimova

Operator: Bəşir Əli