Paraqvayın "Cerro Porteno" komandasının futbolçusu Fernando Amorebieta "Olimpiya"ya qarşı keçirdikləri matçda rəqibin oyunçusu Naster Kamaçoya xəsarət yetirib.

Unikal.org xəbər verir ki, 34 yaşlı venesuelalı mərkəz medafiəçisi XVII tur matçının sonlarına yaxın rəqibinin başını dişləyib. Qarşılaşmanın hakimi hadisədən sonra hər iki futbolçuya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, görüş "Olimpiya"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.