Gəncə şəhərində bədbəxt hadisə nəticəsində üç uşaq anası dünyasını dəyişib. 

Unikal.org xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq vəfat edib.  

Qadın bir neçə saat sonra olacaq yaxınlarından birinin toy məclisinə hazırlaşırmış.  

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.