Bakıda daha bir tələbə zəhərlənmə nəticəsində vəfat edib.

Unikal.org  karabakhmedia.az-a istinadən məlumatına görə, əslən Şəki rayonundan olan, ailəsi ilə birlikdə Bakı Şəhərində yaşahan 1996- cı il təvəllüdlü Məhyəddinov Ramil adil oglu yaşadığı evdə hamamda olarkən dəm qazının sızması nəticəsində dünyasın dəyişib.

Ramil orta məktəbi Bakı şəhər 87 saylı məktəbdə oxuyub. Daha sonra imtahan verərək Gəncə Dövlət Unversitetinə daxil olub, lakin təhsilin yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra isə yenidən imtahan verərək 2016- ci ildə İqtisad Unversitetinə daxil olub. Hazırda ali məktəbin 4 cu kursunda təhsil alırmış.

Hadisə baş verən gün isə valideyinləri evdə olmayıb.