Bakıda dənizə düşən məktəbli qız xilas edilib.

Unikal.org-un məlumatına görə, hadisə bu gün Dənizkənarı Bulvarda baş verib.

Bulvar ərazisində Nəsimi rayon sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı dənizə düşüb.

Ətrafda olan polislərin köməyi ilə qız sudan çıxarılıb. Yeniyetmə qız təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.