28 noyabr 2019-cu il tarixinde saat 10:00-da "Azərişıq" ASC sədrinin müavini Ramil Yusifov Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.

Unikal.org xəbər verir ki, ASC-nin Cəlilabad şəhərində yerləşən inzibati binasında keçiriləcək qəbulda Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilər.

Qəbul zamanı "Azərişığ"ın fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənəcək.