Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya rəsmi səfərə gələcək.

Unikal.org-un məlumatına görə, rusiyalı nazirin səfəri ilə bağlı anonsu ölkə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verib.

S.Lavrovun Azərbaycana rəsmi səfərinin gələn həftə baş tutacağı gözlənilir.

Səfər çərçivəsində S.Lavrovun ölkə rəhbərliyi ilə, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. Görüşlər zamanı regional təhlükəsizlik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli perpektivləri də tərəflərin diqqət mərkəzində olacaq.