Pakistan Cinayət Məcəlləsinin 109-cu (qətl) maddəsi üzrə “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Böyük Britaniya vətəndaşı Bəşir Nədim Bakıda tutulub.

Unikal.org xəbər verir ki, B.Nədim London-Bakı aviareysi ilə Azərbaycana gələn zaman Heydər Əliyev Hava Limanında saxlanılıb.

Onun Pakistana ekstradisiya ediləcəyi gözlənilir.