Bakıda 25 yaşlı qız itkin düşüb.

Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yevlax rayonunda anadan olan 1994-cü il təvəllüdlü Həsrət Cəbrayılova sentyabrın 21-də yaşadığı Binəqədi rayonunun Metodrom qəsəbəsidnə yerləşən fərdi evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Evdən çıxarkən əynində tünd yaşıl rəngli uzunqollu köynək, qara rəngli cins şalvar və ağ rəngli idman ayaqqabısı olub. H.Cəbrayılova sonuncu dəfə Yevlax rayonu ərazisində görülüb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-336-45-02 və (050) 397-90-70 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.