Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatların parlamentin buraxılması ilə bağlı müraciəti Milli Məclisə daxil olub. 

Unikal.org xəbər verir ki, müraciət artıq parlamentdədir.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.