Bu gün parlamentin növbəti iclasında Azərbaycanın yeni  İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  müəyyən olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Milli Məclisin İclasında deputatların 104 səs çoxluğu ilə Əliyeva Səbinə Yaşar qızı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyev parlamentə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 yeni namizəd irəli sürülmüşdü.

Namizədlər Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.

Xatırladaq ki, yeni Ombudsmanın Səbinə Əliyeva olacağı barədə ilk xəbəri bir müddət öncə Unikal.org saytı yayıb.

Hüseyn İsgəndərov